Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyanın “Şelburn” komandası ilə qarşılaşacaq “Qarabağ” klubu iştirak ərizəsini UEFA-ya təqdim edib.
“İki sahil” Ağdam təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, siyahıda 24 oyunçunun adı yer alıb.
Qapıçılar: Şahruddin Məhəmmədəliyev, Mateus Koxalski və Fabian Buntiç.
Müdafiəçilər: Mateus Silva, Bədavi Hüseynov, Abbas Hüseynov, Elvin Cəfərquliyev, Dani Bolt, Kevin Medina,Sami Mmaee, Bəhlul Mustafazadə və Amin Rzayev.
Yarımmüdafiəçilər: Toral Bayramov, Kadi Borges, Pedro Bikalio, Marko Yankoviç, Kris Kuaku, Leandro Andrade, Abdullah Zubir, Aleksey Kaşuk və Hikmət Cəbrayılzadə.
Hücumçular: Emmanuel Addai, Musa Qurbanlı və Nəriman Axundzadə.
Qeyd edək ki, komandalar arasında ilk görüş iyulun 23-də Dublin şəhərində yerləşən "Tolka Park" stadionunda, cavab matçı isə bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi