17 iyul 2025 21:16
109

“Neftçi” Polşada ilk yoxlama matçını keçirib

Azərbaycan Premyer Liqasının növbəti mövsümünə hazırlığını Polşada davam etdirəm “Neftçi” klubu ilk yoxlama matçını keçirib.

“İki sahil” xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda İsrail təmsilçisi “Hapoel”lə (Təl-Əviv) üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. "Neftçi"nin heyətində 1-ci dəqiqədə Emin Mahmudov fərqlənib.

Qeyd edək ki, paytaxt təmsilçisi növbəti görüşlərini Polşanın “Termalika” (22 iyul), Yunanıstanın “Asteras” (27 iyul) və Kiprin AEL (1 avqust) klublarına qarşı keçirəcək.