17 iyul 2025 19:19
117

“Arsenal” qadın futbol tarixinin ən bahalı transferini reallaşdırıb

“Arsenal” klubunun qadın komandası rekord transferə imza atıb.

“İki sahil” London təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, kanadalı futbolçu Oliviya Smitin transferi üçün “Liverpul”a 1 milyon funt sterlinq ödənilib.

Bu, qadın futbolu tarixində bir oyunçu üçün ödənilən ən yüksək məbləğ hesab olunur. Əvvəlki rekord isə bu ilin yanvarında “Çelsi” klubunun amerikalı mərkəz müdafiəçisi Naomi Qirmanını transfer etmək üçün ödədiyi 1,1 milyon dollar (təxminən 890 min funt sterlinq) idi.