17 iyul 2025 17:31
116

Yamal: Xəyalımı gerçəkləşdirirəm

"Barselona"nın futbolçusu Lamin Yamal klubla yeni müqavilə imzlaması və 10 nömrəli formanı almasından danışıb.

“İki sahil” xəbər verir ki, 18 yaşlı hücumçu uşaqlıq arzusunun gerçəkləşdiyini deyib: "Uşaqlıqdan bəri arzum idi. Ailəm və mən çox xoşbəxtik. "Barselona" mənim bütün həyatımdır. Bura gələndə 7 yaşım var idi. "Barselona" mənim evimdir. La Masiadakı bütün oğlanlar üçün əsas komandaya düşmək bir xəyaldır. Elə mənim üçün də belə idi. Və mən artıq bunu həyata keçirirəm. Məqsədim həmişə qalib gəlmək və böyüməyə davam etməkdir.

"Kamp Nou"da azarkeşlər qarşısında 10 nömrəli forma ilə oynamağı səbirsizliklə gözləyirəm. Bu mövsüm əla vaxt keçirəcəyik və mütləq qalib gələcəyik".