17 iyul 2025 11:53
145

"Neftçi" Polşada ilk oyununa çıxır

"Neftçi" bu gün Polşadakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçını keçirəcək.

“İki sahil” xəbər verir ki, paytaxt təmsilçisi “Hapoel”lə (İsrail, Təl-Əviv) qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, “Neftçi” iyulun 22-də Polşa “Termalika”sı, 27-də Yunanıstan “Asteras”ı və 1 avqustda Kipr AEL-i ilə qarşılaşacaq.