16 iyul 2025 10:07
109

Goranboyda kütləvi dava olub, xəsarət alanlar var 

Goranboy rayonunda kütləvi dava olub.

Hadisə rayonun Veyisli kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakinləri E.Abuzərov, T.Zeynalov və E.Mustafayev mübahisə zəminində bir-birilərinə müxtəlif alətlərlə xəsarət yetiriblər.

Hər üçü xəstəxanaya yerləşdirilib. Mübahisənin səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

"Report"