16 iyul 2025 10:59
136

Sabirabadda arvadın ərini döyməsi ilə bağlı detallar məlum olub - YENİLƏNİB

Sabirabadda kişinin arvadı tərəfindən döyülməsinin detalları məlum olub.

“İki sahil” xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Report“un sorğusuna cavab olaraq bildirilib ki, Sabirabad rayon sakini M.Musayev dünən saat 21 radələrində nazirliyin “102 Xidməti-Zəng Mərkəzinə” müraciət edərək həyat yoldaşının ona taxtadan olan məişət əşyası ilə xəsarət yetirdiyini bildirib.

Ona xəsarəti ilə bağlı xəstəxanada tibbi yardım göstərilib və evə buraxılıb.

Faktla bağlı polis şöbəsində araşdırma aparılır.

***

Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, hadisə şəhərin Qaçaq Nəbi küçəsi, 134 ünvanında qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayan 1988-ci il təvəllüdlü Musayev Mirzə Mehman oğlu sol qolunun bazu hissəsinin kəsilmiş-deşilmiş yaraları ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralının dediyinə görə, o, həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.