İngiltərənin "Çelsi" komandası unikal rekorda imza atıb.
“İki sahil” xəbər verir ki, London təmsilçisi bunu FIFA-nın ABŞ-da təşkil etdiyi klublararası dünya çempionatının qalibi olmaqla gerçəkləşdirib.
"Zadəganlar" UEFA Çempionlar Liqası, Kuboklar Kuboku, Avropa Liqası, Konfrans Liqası, UEFA Superkuboku, eləcə də köhnə və yeni formatda keçirilmiş klublararası dünya çempionatını qazanan ilk komanda kimi tarixə düşüb.
Qeyd edək ki, "Çelsi" ilk dəfə 32 komandanın iştirakı ilə baş tutan mundialın finalında Fransanın PSJ kollektivini üç cavabsız qolla üstələyib.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi