14 iyul 2025 08:12
111

5 yaşında məcburi şəkildə tərk etdiyim kəndə 39 yaşında dönürəm - Xocalı sakini

Bu gün doğma yurda qayıtdığım üçün ən sevincli günlərimdən birini yaşayıram.

“İki sahil” xəbər verir ki, bunu Xocalının Xanyurdu kənd sakini Abbasov Elbrus deyib.

Onun sözlərinə görə, 5 yaşında məcburi şəkildə tərk etdiyi kəndə 39 yaşında dönür.

"Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin, Prezidentimizi qorusun. Məhz onların sayəsində bu gün doğma yurdumuza qayıdırıq.

Hər zaman öz doğma yurdumuzda yaşamaq arzumuz olub. Bundan sonra da orada quruculuq işlərində çalışaraq yaşayıvb yaratmaq istəyirik", - deyə o qeyd edib.