17 iyul 2025 16:34
125

Anar Məmmədov şəhid ailəsini ziyarət edib

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonu İsmayılbəyli kəndində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində ildırım vurması nəticəsində şəhid olmuş mayor Baxışlı Baxış Elşən oğlunun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıb.

“İki sahil” xəbər verir ki, görüş zamanı Anar Məmmədov bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun qazandığı Böyük tarixi zəfər 30 ilə yaxın davam edən ədalətsizliyə son qoyub.

Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini uca tutmaq, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur.

Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya, övladlarının xatirəsinini həmişə əziz tutduqlarına, onların Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirdiklərinə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.