17 iyul 2025 16:52
129

Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Azərbaycanda dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə ittiham olunan Mirədalət Talışxanovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılmış cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“İki sahil” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyulun 30-a təyin edilib və məhkəmənin baxış iclaslarının qapalı keçirilməsi ilə bağlı qərar qəbul edilib.

Mirədalət Talışxanova qarşı AR Cinayət Məcəlləsinin 32.4, 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə təhrik etmə, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham elan edilib. Onun əvvəllər hüquq-mühafizə orqanlarında çalışması məlumdur.