Şimali Makedoniyanın paytaxtı Skopyedəki XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) Azərbaycanı təmsil edəcək gimnastlar müəyyənləşib.
“İki sahil” xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
EYOF-da Leyla Məmmədzadə, Rafael Həsənov, Albina Əliyeva və Aynaz Məcidzadə mübarizə aparacaq.
Qeyd edək ki, yarış iyulun 22–26-sı aralığında keçiriləcək.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi