13 iyul 2025 00:52
112

Ağstafada yol qəzası olub, xəsarət alanlar var

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki,  hadisə rayonun mərkəzində qeydə alınıb. Hərəkətdə olan VAZ 2107 ilə digər VAZ markalı minik avtomobilli toqquşub. Qəza zamanı 2006-ci il təvəllüdlü Ö.Tağıyev və 2006-cı il təvəllüdlü N.Tağıyev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.