12 iyul 2025 20:02
119

"Barselona"da 4 illik müqavilə

"Barselona" "Kopenhagen"in futbolçusu Runi Bardeqqini transfer edib.

“İki sahil” xəbər verir ki, bu barədə insayder Faabritsio Romano məlumat yayıb.

19 yaşlı cinah hücumçusunun Kataloniya klubuna keçidi artıq başa çatıb. Bildirilib ki, futbolçu ilə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. Yaxın günlərdə transferlə bağlı rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

İsveçli gənc forvard uşaqlıqdan "Barselona" azarkeşi olduğu üçün "Malyorka" və "Portu"dan gələn təklifləri rədd edib.

2024/25 mövsümündə Bardeqqi zədə səbəbindən Danimarka yüksək liqasında cəmi 5 oyun keçirib. O, 2023/24 mövsümündə isə 23 matçda 7 qol vurub.