İran çempionatının son qalibi "Traktor" klubu xorvatiyalı futbolçu transfer edib.
“İki sahil” Təbriz klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tibor Haliloviçlə iki illik müqavilə imzalanıb.
30 yaşlı yarımmüdafiəçi, müdafiədə də oynamaq bacarığına sahibdir.
Qeyd edək ki, "Dinamo"nun (Zaqreb) yetirməsi olan T.Haliloviç daha öncə Xorvatiyanın "Lokomotiva", "Riyeka", və "Qoritsa", Poloşanın "Visla" və Niderlandın "Herenven" klublarında çıxış edib.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi