"Qarabağ" yeni mövsüm üçün üçüncü transferini reallaşdırıb.
“İki sahil” xəbər verir ki, Portuqaliyanın “Mafra” klubu ilə aparılan danışıqlar uğurla nəticələnib və yarımmüdafiəçi Kris Kuaku heyətə cəlb olunub.
Fil Dişi Sahilindən olan 25 yaşlı futbolçu ilə "2+2" illik müqavilə imzalanıb. Yarımmüdafiəçi “Qarabağ”da "6" nömrəli forma ilə çıxış edəcək.
Peşəkar karyerasına 2018-ci ildə Tunisin “Sfaksien” klubunda başlayan Kris 4 il sonra Danimarka təmsilçisi “Midtyullann”a keçib. O, 2023-cü ildən “Mafra”nın formasını geyinib.
Qeyd edək ki, Ağdam təmsilçisi bunadək daha iki futbolçunu – braziliyalılar Dani Bolt və Pedro Bikalyonu transfer edib.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi