"Sumqayıt"ın yeni baş məşqçisi Saşa İliçin köməkçiləri müəyyənləşib.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.
47 yaşlı serbiyalı mütəxəssisin köməkçiləri Veliçko Kaplanoviç, Şahin Abdullayev və Vurğun Hüseynov olacaq. Fiziki hazırlıq üzrə məşqçi vəzifəsini Darko Obradoviç yerinə yetirəcəksə, qapıçılar üzrə məşqçi Emil Babayev olacaq.
Qeyd edək ki, "Sumqayıt" Saşa İliçlə 1 illik müqavilə imzalayıb.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi