Türkiyə Rusiya ilə ticarət dövriyyəsini qısa müddətdə 100 milyard dollara çatdırmaq niyyətindədir.
“İki sahil” RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Türkiyə parlamentinin beynəlxalq məsələlər komissiyasının sədri Fuat Oktay məlumat verib.
Ankarada rusiyalı həmkarı Leonid Slutski ilə görüşdə Oqtay bildirib ki, müzakirə mövzularından biri iki ölkə arasında iqtisadi əlaqələrdir.
"Biz ticarət dövriyyəmizi qısa müddətdə 100 milyard dollara çatdırmağı gözləyirik", - deyə, o, bildirib.