Zakarpatiyada hərbi əməliyyatlarda iştirak etmək üçün səfərbər edilmiş Macarıstan vətəndaşı ölüb.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bununla bağlı Ukraynanın Budapeştdəki səfiri ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb
Macarıstan hakimiyyəti onun dəmir barmaqlıqlarla döyülərək zorla çağırış məntəqəsinə aparıldığını və daha sonra aldığı xəsarətlərdən dünyasını dəyişdiyini bildirib.
Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr nazirinin müavini Levente Magyar sosial şəbəkə hesabında yazıb: "O, ailə üzvlərinə hər şeyin qaydasında olduğu deyilib, lakin sonra aldığı xəsarətlərdən ölüb. O, müharibədə iştirak etmək istəmədiyi üçün Ukraynada öldürülüb".