10 iyul 2025 15:55
105

Avrasiya İqtisadi İttifaqı ölkələrində rouminqin ləğvi təxirə salınıb

Avrasiya İqtisadi İttifaqının ərazisində rouminqin ləğvi 2028-ci il yanvarın 1-nə təxirə salınıb.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Avrasiya İqtisadi Komissiyası məlumat yayıb.

"Rouminqin ləğvi təşəbbüsü... Avrasiya İqtisadi İttifaqının bütün ölkələri tərəfindən dəstəklənir", - deyə, komissiyadan bildiriləib.

Əvvəllər 2025-ci ildə Aİİ-də rouminqin ləğvi nəzərdə tutulurdu. Qeyd olunur ki, itkilərə məruz qala biləcək mobil operatorlara dəstək tədbirlərinin işlənib hazırlanması, habelə saxta trafikin qarşısının alınması məqsədilə müddətlər dəyişdirilib.