10 iyul 2025 11:35
116

Donald Tramp Braziliyaya 50 faizlik rüsumlar tətbiq edir

ABŞ Prezidenti Donald Tramp çərşənbə günü qlobal bazarlarda tariflərin tətbiqi siyasətini gücləndirib, ABŞ-dan mis idxalına 50 faizlik yeni tarif və Braziliyadan gələn mallara 50 faizlik gömrük rüsumları elan edib. Hər iki tarif avqustun 1-dən qüvvəyə minəcək.

“İki sahil” xəbər verir ki, ABŞ Prezidenti özünün “Truth” sosial media platformasında yazıb: “Mən inandırıcı milli təhlükəsizlik qiymətləndirilməsi aldıqdan sonra 2025-ci il avqustun 1-dən etibarən misə 50 faizlik tarif elan edirəm”. Donald Tramp milli təhlükəsizlik səbəbi ilə hazırda davam edən mis ticarəti ilə bağlı 232-ci maddəyə uyğun olaraq aparılan istintaqı nəzərdə tuturdu.

“Reuters” agentliyi yazır ki, Tramp, həmçinin Braziliyaya onun “qisas” tarifinin avqustun 1-dən 10 faizdən 50 faizə yüksələcəyini söylədikdən bir neçə saat sonra yeni rüsumları elan edib ki, bu, ABŞ ilə balanslaşdırılmış ticarət əlaqələri olan bir ölkə üçün şok edici yüksək səviyyədir. Tramp ilk dəfə çərşənbə axşamı Nazirlər Kabinetinin iclasında mis tarifini qaldırdığını bəyan etdi ki, bu da Çilidən və digər əsas təchizatçılardan mümkün qədər çox mis idxal etmək istəyən şirkətlər arasında tələskənliyə səbəb olub. O, ABŞ-ın mis sənayesinin tənəzzülünü əvvəlki administrasiyaların üzərinə ataraq bu metalın yarımkeçiricilər, təyyarələr, elektrik maşınları, akkumulyatorlar və hərbi texnika istehsal etmək üçün lazım olduğunu bildirib.

“Amerika dominant mis sənayesini yenidən quracaq”, - deyə Donald Tramp yazıb.

ABŞ-ın sabiq ticarət nümayəndəsi Bred Setser Xarici Əlaqələr Şurasında Trampın hərəkətlərinin asanlıqla iki demokratik ölkə arasında dağıdıcı ticarət müharibəsinə çevrilə biləcəyini deyib.

ABŞ Siyahıyaalma Bürosunun məlumatına görə, Braziliya Birləşmiş Ştatların 15-ci ən böyük ticarət tərəfdaşıdır: 2024-cü ildə ümumi ikitərəfli ticarət 92 milyard dollar və ABŞ-ın nadir görünən ticarət profisiti isə 7,4 milyard dollar təşkil edib.

ABŞ-ın Braziliyaya əsas ixracatı kommersiya təyyarələri, emal olunmuş neft məhsulları və xam neft, kömür və yarımkeçiricilər, Braziliyanın ABŞ-a ən çox ixrac etdiyi məhsullar isə xam neft, qəhvə, yarımfabrikatlar və çuqundur.