Vaxtilə Milli Basketbol Assosasiyasında (NBA) çıxış etmiş Ben Maklemor cinsi təcavüzə görə 8 il 4 ay müddətinə azadlıqdan məhrum olunub.
“İki sahil” ESPN-ə istinadən xəbər verir ki, məhkəmə basketbolçu barədə həbs qərarı çıxarıb.
Cinayət 2021-ci il oktyabrın 3-də şənlik zamanı törədilib. Zərərçəkmiş basketbolçunun onun spirtli içki qəbul etməsi səbəbindən köməksiz vəziyyətdə olmasından istifadə etdiyini bildirib.
Qeyd edək ki, B.Maklemor “Memfis”, “Hyuston”, “Los Anceles Leykers” və “Portlend”də forma geyinib. Amerikalı sabiq basketbolçu 2022-ci ildən NBA-da çıxış etmir.