10 iyul 2025 10:52
151

Olavio Juninyo "Flamenqo"da qalacaq

"Qarabağ"ın sabiq futbolçusu Juninyo Olavionun "Flamenqo"dakı taleyinə aydınlıq gəlib.

“İki sahil” Braziliya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı hücumçu hazırkı komandasında çıxışını davam etdirəcək.

"Qarabağ"ın da maraq dairəsində olan Juninyo üçün Səudiyyə Ərəbistanının iki klubu "Flamenqo"nun qapısını döysə də, braziliyalılar hər iki təklifi rədd ediblər. Məşqçilər korpusu indiyə qədər cəmi 7 matçda start heyətində meydana çıxan forvarda mövsümün ikinci yarısında daha çox şans verməyi planlaşdırır. Hətta rəhbərlik Juninyonun formaya düşəcəyi təqdirdə Braziliya millisinə dəvət alacağına da inanır.

Qeyd edək ki, ilin əvvəlində "Qarabağ"dan 5 milyon avroya transfer edilən Juninyonun "Flamenqo" ilə müqavilə müddəti 2028-ci ilin sonuna qədərdir.