10 iyul 2025 09:54
123

Qəbələyə ailəsi ilə istirahətə gedən uşaq hovuzda boğularaq ölüb

Qəbələdə 4 yaşlı uşaq hovuzda boğulub.

“İki sahil” xəbər verir ki, hadisə rayonun Vəndam qəsəbəsində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 2021-ci il təvəllüdlü qız kirayə qalmaq məqsədilə valideynləri ilə gəldiyi evin həyətində olan hovuzda boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.