10 iyul 2025 09:46
124

UEFA Avropa Liqası: İkinci oyun günündə daha səkkiz görüş keçiriləcək

Bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsinin növbəti oyunları keçiriləcək.

“İki sahil” xəbər verir ki, ikinci oyun günündə daha səkkiz görüş baş tutacaq.

"Larnaka" "Partizan"ı, "Paks" "CFR Kluj"u, "Şerif Tiraspol" "Pristina"nı, "Levski Sofia" "Şeva"nı, "Şaxtyor Donetsk" "İlvis"i, "Trnava" "Heken"i, "Legiya" isə "Aktobe"ni qəbul edəcək.

Qeyd edək ki, UEFA Avropa Liqasının I təsnifat mərhələsində mübarizəyə start verən təmsilçimiz "Sabah" isə bu gün Sloveniyanın "Selye" klubu ilə üz-üzə gələcək.

10 iyul

UEFA Avropa Liqası

I təsnifat mərhələsi

Saat 20:00, "Sabah" - "Selye";

Saat 20:30, "Larnaka" - "Partizan";

Saat 21:00, "Paks" - "CFR Kluj";

Saat 21:00, "Şerif Tiraspol" - "Pristina";

Saat 21:30, "Levski Sofia" - "Şeva";

Saat 22:00, "Şaxtyor Donetsk" - "İlvis";

Saat 22:15, "Trnava" - "Heken";

Saat 23:00, "Legiya" - "Aktobe".