08 iyul 2025 16:20
133

Məsut Özil futbol akademiyası açır

DBE Holdinqlə "Ümraniyespor"un forma sponsorluğu ilə bağlı müqavilənin imzazalanması mərasimində iştriak edən məşhur futbolçu Məsut Özil razılaşmadan xoşbəxt olduğunu dilə gətirin.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Müqavilənin imzalanmasına vasitəçilik etməkdən qürur duyduğunu ifadə edən Özil, Ümraniyedə futbol akademiyası quracağını elan edib: "Ümraniyespor" ilə işləmək, gənc nəslin əlindən tutub arzularına çatmalarına kömək etmək istəyirəm. Məqsədimiz bu gənclərin həm Türkiyədə, həm də xaricdə özlərini ən yaxşı şəkildə təmsil etmələrini təmin etməkdir. Onları dünya arenasına çıxarmaq üçün əlimizdən gələni edəcəyik."

Futbol karyerasına son qoyan Özil Türkiyədə infrastrukturun yetərincə olmadığını bildirib: "İstanbulda 16 milyon gənc var və əksəriyyəti futbolu sevir. Mən özüm də akademiyada yetişmişəm. Bu sistemi tətbiq etmk istəyirəm. Komanda olaraq böyük nailiyyətlər əldə edə biləcəyimizə inanıram."

Özil akademiyanın 1,5 ilə hazır olacağını və 11-19 yaş arası futbolçuların məşq edəcəyini qeyd edib.