08 iyul 2025 09:40
187

Azərbaycanın gənc qızlardan ibarət cüdo millisi Çexiyada təlim-məşq düşərgəsinə qatılıb

Azərbaycanın gənc qızlardan ibarət cüdo millisi Çexiyanın Nimburk şəhərində keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Cüdo Federasiyası məlumat yayıb.

Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan toplanışda cüdoçularımıza qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar və gənc qızlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edir.

Üç gün davam edəcək təlim-məşq toplanışı gənclər arasında Avropa çempionatına hazırlıq xarakteri daşıyır.