07 iyul 2025 15:05
100

“Qalatasaray” onu icarəyə verir

“Qalatasaray” komandası futbolçusu Halil Dərvişoğlunu icarəyə verəcək.

“İki sahil” Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul təmsilçisi 25 yaşlı hücumçunun keçidi ilə bağlı “Rizəspor”la razılığa gəlib. O, qarşıdakı bir il ərzində Qara dəniz təmsilçisinin formasını geyinəcək.

2021-ci ildən “Qalatasaray”da çıxış edən forvard son mövsümü icarə əsasında “Qaziantep”də keçirib.