2025-ci ilin yanvar-iyun ayları ərzində 132 227 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Qeyd edilib ki, onlardan 24 432 pensiya, 107 795 müavinət (o cümlədən MDSS hesabına ödənilən) və təqaüd təyinatıdır.