Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, yanğın təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirləri davam etdirir.
Bu barədə "İki sahil"ə FHN-dən məlumat verilib.
Bildirilib ki, TƏBİB-in tabeliyində olan Salyan və Ağstafa rayonları Mərkəzi Xəstəxana Publik Hüquqi şəxslərində, Ələt-Astara magistral yolunun Salyan rayonu, Kürsəngi kəndindən keçən hissəsində yerləşən DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının stasionar postunda, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Lənkəran Reabilitasiya Mərkəzi” Publik Hüquqi Şəxsində, Göyçay rayonunun Mirzəhüseynli kəndinin ərazisində Turyançay Dövlət Təbiət Qoruğunda, ETSN 14 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Samux meşəbəyliyində, 2 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Qovlar meşəbəyliyində, Sabirabad rayonunda yerləşən 3 Saylı Meşə Təsərrüfatı Mərkəzində yanğınlarla əlaqədar maarifləndirmə tədbirləri keçirilib.
Bundan əlavə, dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə Cəlilabad, Masallı və Kürdəmir rayonlarının icra hakimiyyətlərində, Muğan Regional Mərkəzində sözügedən sahələrdə çalışan məsul şəxslərin iştirakı ilə müşavirələr keçirilib.
Tədbirlərdə yanğınların başvermə səbəbləri və qarşısının alınması yollarından danışılıb, yanğın zamanı zəruri davranış qaydalarından söz açılıb, ilkin yanğınsöndürmə vasitələrindən istifadə üsulları əyani şəkildə nümayiş etdirilib.