07 iyul 2025 16:12
108

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətində yeni təyinatlar olub

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 8 saylı Şərqi Zəngəzur Regional Bölməsinə yeni rəis və rəis müavini təyin olunub.

“İki sahil” bu barədə Xidmətə istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı qurumun rəisi Rafiq Aslanov müvafiq əmrlər imzalayıb. Əmrlərə əsasən, 8 saylı Şərqi Zəngəzur Regional Bölməsinə Ayaz Nəcəfov rəis, Babək Məmmədov isə rəis müavini təyin edilib.