07 iyul 2025 10:44
109

Kris Pol növbəti mövsümün sonunda karyerasını bitirəcək

ABŞ-nin basketbol millisinin üzvü, ikiqat olimpiya çempionu Kris Pol 2025/2026 mövsümünün sonunda karyerasını bitirəcək.

“İki sahil” xəbər verir ki, o, bu barədə özü bildirib.

40 yaşlı basketbolçu növbəti mövsümün onun üçün sonuncu olacağını deyib.

Qeyd edək ki, 2024-cü ildən Milli Basketbol Assosasiyası təmsilçisi "San Antonio"da çıxış edən K.Pol Pekin (2008) və Londonda (2012) keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub. Həmçinin ABŞ millisinin heyətində 2006-ci ildə dünya çempionatının bürünc medalını qazanıb. O, "All-Star"da 12 dəfə iştirak edib.