Gürcüstan millisinin üzvü Giorgi Koçoraşvili karyerasını Portuqaliyada davam etdirəcək.
“İki sahil” xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi “Levante”dən "Sportinq"ə keçib.
Bu barədə Portuqaliya klubunun rəsmi saytı məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
“Sportinq” Koçoraşvili üçün 5,5 milyon avro ödəyib.
Qeyd edək ki, Koçoraşvili 2020-ci ildən "Levante"də çıxış edirdi.