06 iyul 2025 16:45
122

İspaniyada qətl planlaşdırmaqda şübhəli bilinən dörd isveçli həbs edilib

İspaniyada 4 İsveç vətəndaşı həbs olunub.

“İki sahil” “Boras Tidning” nəşrinə istinadla xəbər verir ki, saxlanılan şəxslər cinayətkar qruplaşmanın tapşırığı ilə qətl törətmək məqsədilə bu ölkəyə gəliblər.

Həbs edilənlər arasında İsveçin Buros şəhərindən olan 16 və 19 yaşlılar da var. Onların hər ikisi “Lejonen” (“Lions”) cinayətkar şəbəkəsi ilə əlaqəlidirlər. Bundan əlavə, 19 yaşlı şübhəlinin “Rumba” qruplaşması ilə də əlaqələrinin olduğu bildirilir.

Hələlik hadisnin digər təfərrüatları açıqlanmır.