06 iyul 2025 19:27
134

Türkiyə ordusunun 19 hərbi qulluqçusu metan qazından zəhərlənib

Türkiyə ordusunun 19 hərbi qulluqçusu metan qazından zəhərlənib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi xəbər verib.

Məlumata əsasən, onlar dərhal xəstəxanaya çatdırılıb.

Bildirilib ki, tibbi müdaxilərə baxmayaraq, 5 hərbi qulluqçu dünyasını dəyişib.

Qeyd edilib ki, hadisə bu gün “Pəncə-Kilid” əməliyyatı çərçivəsində terrorçular tərəfindən öldürülən Nuri Melih Bozkurtun nəşinin tapılması üçün mağarada əməliyyat-axtarış tədbiri zamanı baş verib.