06 iyul 2025 23:23
128

Litvada sərhəd nəzarətini qeyri-qanuni miqrasiya qarşısında kapitulyasiya adlandırılıb

Varşavanın Polşa-Litva və Polşa-Almaniya sərhədlərində sərhəd nəzarətini müvəqqəti bərpa etməsi qeyri-qanuni miqrasiya qarşısında kapitulyasiyadır.

“İki sahil” xəbər verir ki, bu barədə Litva prezidenti Gitanas Nauseda Vilnüsdə olan alman həmkarı Frank-Valter Ştaynmayerlə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Prezident etiraf edib ki, sərhəd nəzarətinin bərpası başqa yollarla həll edilməsi mümkün olmayan toplanmış problemlərlə bağlıdır: "Lakin bu addımlar müvəqqəti və o qədər səmərəli olmalıdır ki, onlar mümkün qədər tez ləğv edilsin".

Öz növbəsində Almaniya prezidenti qeyd edib ki, onun ölkəsi Polşa ilə fəaliyyətlərini koordinasiya edir.