06 iyul 2025 19:55
125

Mask "Amerika" partiyasının qeydiyyatı üçün rəsmi müraciət edib

İlon Mask "Amerika" siyasi partiyasının qeydiyyatı ilə bağlı ABŞ Federal Seçki Komissiyasına (FEC) müraciət edib.

“İki sahil” xəbər verir ki, müvafiq sənəd qurumun portalında yerləşdirilib.

Bəyanata əsasən, partiya "Amerika" (America Party, AMEP) adlandırılacaq.

Müraciət 6 iyul tarixində göndərilib. Hazırda o, FEC-in müraciət və ərizələr reyestrində "emal edilməmiş" kimi qeyd olunur.