“Neftçi” yeni mövsüm üçün növbəti transferini rəsmiləşdirib.
“İki sahil” xəbər verir ki, bu barədə klubun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, fransalı 26 yaşlı sağ vinger ilə 3 illik müqavilə bağlanıb.
“Lill” akademiyasında yetişən Faraj Fransa, Portuqaliya və Belçika liqalarında oynayıb, sonuncu klubu “AEK Larnaka” ilə Kipr kubokunun qalibi olub. Fransanın U-16, U-17, U-18 və U-19 milli komandalarının şərəfini qoruyub.