"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen "Formula 1" avtomobil yarışları üzrə dünya çempionatının 2025-ci il mövsümünün 12-ci mərhələsi - Böyük Britaniya Qran-prisinin sıralama turunda qalib gəlib.
“İki sahil” xəbər verir ki, yarış "Silverston" avtodromunda keçirilir.
İkinci yeri "McLaren" komandasının avstraliyalı pilotu Oskar Piastri tutub, ilk üçlüyü onun komanda yoldaşı, britaniyalı Lando Norris qapayıb.
Əsas yarış iyulun 6-da keçiriləcək.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi