"Kəpəz" yeni futbolçu transferini açıqlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Şakir Seyidov yenidən bölgə klubunda çıxış edəcək. Müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, oyunçu 2023/2024 mövsümündə də "Kəpəz"in şərəfini qoruyub. Həmin dövrdə "Sabah"dan icarəyə götürülmüş futbolçu komandada 28 matç keçirib və 1 qol vurub. Ş.Seyidovun son klubu da "Sabah" olub.