18 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının B divizionunun ilk oyununda əzmkar qələbə qazanaraq ölkə qadın basketbolu tarixində ilkə imza atıb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev şəxsi feysbuk hesabında yazıb.
ABF rəhbəri tarixi qalibiyyət münasibəti ilə yığmanı təbrik edib: "Sizə afərin, sizə əhsən. Böyük qələbələrimiz hələ irəlidədir. Uğurlar".
Qeyd edək ki, Azərbaycan millisi ötən gün Bosniya və Herseqovina seçməsini 83:81 hesabı ilə üstələyib. Komanda qrupda növbəti oyunu bu gün, Bakı vaxtı ilə saat 21:30-da Ukrayna seçməsinə qarşı keçirəcək.