01 iyul 2025 09:37
148

"Bavariya" iki futbolçu ilə vidalaşdı

"Bavariya" müqaviləsi başa çatan futbolçuları Erik Dayer və Leroy Sane ilə vidalaşıb.

“İki sahil” xəbər verir ki, bu barədə Bundesliqa klubunun mətbuat xidməti məlumat yayıb.

Dayer "Monako"ya keçib və onunla 2027-ci ilin yayına qədər müqavilə imzalanıb. "Qalatasaray"ın transfer etdiyi Sanenin isə yeni klubu ilə müqaviləsi 3 illikdir.

Qeyd edək ki, İngiltərə millisinin müdafiəçisi olan Dayer 2024-cü ildən "Bavariya"da çıxış edirdi. Almaniyalı Sane isə 2015-ci ildən "Bavariya"da oynayırdı.