01 iyul 2025 09:12
134

Millimiz bu gün Belarusla növbəti oyuna çıxacaq

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçiriəcək.

“İki sahil” xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma səfərdə Belarusla üz-üzə gələcək.

Qarşılaşma Minskdə yerləşən “Traktor” stadionunda, Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Qeyd edək ki, Belarusda təlim-məşq toplanışında olan Azərbaycan millisi iyunun 28-də bu rəqibə 0:3 hesabı ilə uduzub.