Kriştiano Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu baş məşqçisi Stefano Pioli ilə yolları ayırıb.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Pioli ötən ilin sentyabrında "Əl-Nəsr"ə baş məşqçi təyin olunmuşdu. Komanda 2024/2025 mövsümündə çempionatı üçüncü sırada bitirib.
İtaliyalı mütəxəssisin karyerasını ölkəsində davam etdirəcəyi gözlənilir. Onun "Fiornetina" ilə 3 illik müqavilə bağlayacağı haqda xəbərlər yayılıb.