25 iyun 2025 14:17
136

“Araz-Naxçıvan” və “Aris” arasında keçiriləcək oyunların başlama saatı açıqlanıb

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək “Araz-Naxçıvan” və “Aris” (Yunanıstan) komandaları arasında təşkil olunacaq oyunların başlama saatı açıqlanıb.

“İki sahil” xəbər verir ki, iyulun 24-də Liv Bona Dea Arenada keçiriləcək matçın start fiti saat 20:00-da veriləcək.

Bu komandaların bir həftə sonra – iyulun 31-də Saloniki şəhərində keçiriləcək qarşılaşması isə yerli vaxtla saat 21:15-də (Bakı vaxtı ilə 22:15-də) başlayacaq.