Azərbaycanda peşə təhsilindən yararlanmış məhkumlara dair məlumatları (yararlandıqları peşə təhsili, əldə etdikləri təhsil sənədləri) əks etdirən vahid informasiya sistemi yaradılacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiqlənən cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə dair Fəaliyyət Planında öz əksini tapıb.