25 iyun 2025 12:45
106

Hər bir attraksion ən azı 12 aydan bir texniki yoxlamadan keçirilməlidir

Hər bir attraksion ən azı 12 aydan bir texniki yoxlamadan keçirilməlidir.

“İki sahil” xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyində müfəttişliyin rəisi Sahil Mənsimov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Dövlət Agentliyi attraksionların istismarı ilə əlaqədar təhlükəsizliyin təmini istiqamətində fəaliyyətini davam etdirir:

"Əməkdaşlarımız mütəmadi texniki yoxlamalar aparır, aşkarlanan qüsurlar barədə aktlar tərtib olunur və bu qüsurların aradan qaldırılması üçün işlərin icrasını nəzarətə götürürük. Mexanikiləşdirilmiş hər bir attraksion texniki pasportla təmin edilməlidir. Attraksionların istismarı lisenziya tələb edən fəaliyyət növünə aiddir. Hər bir attraksion ən azı 12 aydan bir texniki yoxlamadan keçirilməlidir".