24 iyun 2025 13:04
98

Bu hava limanları fəaliyyətini dayandırdı - SON DƏQİQƏ

Rusiyanın Samara (Kurumoç) və Ulyanovsk (Baratayevka) hava limanları təyyarələrin gəliş-gedişinə məhdudiyyətlər qoyub.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu barədə "Rosaviasia" məlumat yayıb.

Bu gün səhər saatlarında Tambov, Penza və Saratov hava limanları da fəaliyyətini dayandırıb. Uçuşların təhlükəsizliyini təmin etmək üçün məhdudiyyətlər tətbiq edilib.

Bir qayda olaraq, bu cür tədbirlər PUA hücumları fonunda həyata keçirilir.