24 iyun 2025 16:36
130

Rusiya-NATO qarşıdurmasının bir ili qlobal iqtisadiyyata 1,5 trilyon dollara başa gələcək - "Bloomberg"

Rusiya ilə NATO arasında bir illik silahlı münaqişə qlobal iqtisadiyyata 1,5 trilyon dollara başa gələcək.

“İki sahil” xəbər verir ki,  bu barədə "Bloomberg" məlumat yayıb. 

“Döyüş zonasında dağıntılardan birbaşa zərər, enerji qiymətlərinin artması... və maliyyə bazarlarında aktivlərin satışı 1,5 trilyon dollara gətirib çıxara bilər”, - deyə, məqalədə deyilir.

Analitiklərin fikrincə, bu zərər demək olar ki, Ukraynadakı münaqişənin nəticələrinə bərabərdir.

Bundan əvvəl hərbi analitik Boris Rojin RT-yə bildirib ki, NATO-nun şimal-şərq cinahı sistemli şəkildə Rusiya ilə münaqişəyə hazırlaşır.