24 iyun 2025 10:10
98

Sərnişin avtobusu yük maşınına çırpılıb - Türkiyədə

Afyonkarahisarın (Türkiyə) Sandıklı rayonunda idarəetmədən çıxan sərnişin avtobusu yem yüklü yük maşınına çırpılıb.

İki sahil” “TRT Haber”ə istinadla xəbər verir ki, hadisəsi nəticəsində 9 nəfər xəsarət alıb.

Çağırış üzrə hadisə yerinə təcili tibbi yardım, polis, jandarma və xilasetmə qrupları cəlb edilib.

Yaralılar Sandıklı Dövlət Xəstəxanasına çatdırılıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”